Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçəyə səfir Andrey Karlovun adı verilib
10.01.2017 667 0.0 0

Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçəyə səfir Andrey Karlovun adı verilib.

 

“İnterfaks” agentliyinə istinadən verilən məlumata görə, bununla bağlı qərar Ankara şəhər bələdiyyəsinin yığıncağında yekdilliklə qəbul edilib.

 

Küçəyə Andrey Karlovun adının verilməsinə dair təşəbbüslə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

 

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən öldürülüb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar