Anjey Kaspşik Qazaxda RİH başçısı ilə görüşüb
21.02.2018 786 0.0 0

Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçirmək üçün bölgəyə səfər edən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Qazax rayon İcra Hakimiyyətində (RİH) olub.

 

Məlumata görə, RİH başçısı Rəcəb Babaşovla görüşən müşahidəçilər sərhəddə yerləşən kəndlərə yola düşüblər.

 

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinq keçiriləcək.

 

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller, Ermənistan tərəfindən isə şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç aparacaqlar./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar