Andrey Kazantsev-ABŞ başa düşdü ki, Rusiyanı vacib məsələlərdə iqnor etmək olmaz
12.05.2015 584 0.0 0

"Ukraynadakı böhran davam etdikcə, Rusiya-ABŞ münasibətlərinin yaxşılaşmasından söhbət gedə bilməz"

"Ukraynadakı böhran davam etdikcə, Rusiya-ABŞ münasibətlərinin yaxşılaşmasından söhbət gedə bilməz". Bunu APA-nın Moskva müxbirinə müsahibəsində ABŞ dövlət katibi Con Kerrinin Rusiyaya səfərini şərh edən politoloq Andrey Kazantsev deyib.
 
A. Kazantsev bildirib ki, Rusiya ilə ABŞ arasında problemlər həmişə stabil olaraq qalıb: "Bir şeyi yaddan çıxartmaq olmaz ki, müasir dünyada Rusiyasız heç bir vacib məsələni həll etmək mümkün deyil. Bu gün ABŞ-la Rusiya arasında Yaxın Şərqdə "İslam Dövlət" (İŞID) ilə birgə mübarizəyə və İranın nüvə probleminin həllinə dair danışıqlar aparılır. Bütün bu məsələlərin həllində Rusiya mühüm rol oynayır. Bu gün Soçidə keçirilən görüşdən sonra ABŞ-Rusiya münasibətlərinin yaxşılaşacağını demək hələ tezdir. Nə qədər ki, Ukraynadakı böhran həllini tapmayıb, Rusiya-ABŞ münasibətləri normallaşmayacaq. Lakin hər iki tərəf Ukrayna böhranı ilə bağlı fikir ayrılıqlarının olmasına baxmayaraq, danışıqları davam etdirməyin vacib olduğunun fərqindədirlər. Bu səbəbdən də Con Kerrinin Rusiyaya səfəri baş tutub".
 
Siyasi ekspertin fikrincə, dövlət katibinin səfəri ABŞ-ın Rusiyanın dünyada vacib ölkə olduğunun etirafıdır: "ABŞ başa düşdü ki, Rusiyanı vacib məsələlərdə iqnor etmək olmaz. Bütün bunlar onu göstərir ki, Rusiya müasir dünyada vacib ölkədir, onunla əlaqələri daim saxlamaq lazımdır. Rusiya Şimali Koreya deyil ki, onu izolyasiya edəsən, onunla ultimatum tonunda danışasan".
 
ABŞ və Rusiyanın maraqlarının Cənubi Qafqazda da kəsişdiyini deyən A. Kazantsev bildirib ki, iki ölkə arasında Avrasiya inteqrasiya prosesinin inkişafı ilə bağlı ciddi fikri ayrılıqları mövcuddur: "Rusiya üçün bu dəqiqə prioritet məsələ Avrasiya inteqrasiyasıdır. Təbii ki, bu prosesə Cənubi Qafqaz ölkələrini də cəlb etməkdir. ABŞ isə bu prosesi postsovet ölkələrinin müstəqilliyi üçün təhlükə sayır, bu və ya digər səviyyələrdə bu prosesin həyata keçməsinə qarşı mübarizə aparır. Bu hər şeydən əvvəl Ermənistana aiddir. Bildiyiniz kimi Ermənistan artıq Avrasiya İqtisadi Birliyinin üzvüdür. Azərbaycana gəldikdə isə, bu ölkə çoxvektorlu xarici siyasət yürüdür, həm Rusiya ilə, həm də Qərblə, ABŞ-la münasibətlərini inkişaf etdirməyə çalışır”.
 
Politoloq deyib ki, Rusiyanın Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramına münasibəti də olduqca mənfidir: “ Bunu Moskva rəsmi şəkildə də etiraf edib. Hazırda Rusiyanın Avrasiya İqtisadi Birliyi layihəsi ilə Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı layihəsi arasında açıq mübarizə gedir. Baxmayaraq ki, Almaniya tərəfindən "Şərq tərəfdaşlığı" proqramı ilə Avrasiya İqtisadi Birliyi arasında hansısa əlaqələrin qurulması təklifi irəli sürülüb, bu istiqamətdə hələlik heç bir şey əldə olunmayıb. Bu təklif irəli ona görə irəli sürülüb ki, "Şərq tərəfdaşlığı" proqramı layihəsinə görə Qərblə Rusiya arasındakı gərginlik nisbətən aradan götürülsün. Bu planda Qərblə Rusiya arasında rəqabət gedir"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar