Ana doğuş zamanı öldü
23.04.2015 677 0.0 0

Ötən gün Şəkidə gənc ana doğuş zamanı ölüb. Məlumata görə, hadisə saat 22 radələrində Şəki rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Həmin xəstəxana 35 həftəlik hamiməliklə daxil olan 1991-ci il təvəllüdlü Aygün Famil qızı Kərimovanın halı pis olduğu üçün qeysəriyyə əməliyyatı olub. Günorta saatlarında əməliyyat edilən qadının halı axşam pisləşib.

Həkimlərin səyinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Aygün Kərimova qız uşağı dünyaya gətirib. Bu qadının ikinci hamiləliyi olub. Bundan əvvəl qadının iki əkiz oğlu olub.

Faktla bağlı araşdırmalara başlanılıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar