AMEA prezidenti elmdə diqqət yetirilməli olan əsas prioritetləri açıqlayıb
24.05.2017 668 0.0 0

"Prezident İlham Əliyev bəyan edib ki, innovativ istiqamətlər üstünlük təşkil etməlidir. Hər bir ölkə innovativ yollarla inkişafa nail olmağa çalışır. Azərbaycan da bu yolu seçib".
 
Məlumata görə, bunu bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında AMEA prezidenti Akif Əlizadə AMEA-nın yeni seçilmiş həqiqi və müxbir üzvlərinə tövsiyələrində bildirib.
 
 
A.Əlizadə deyib ki, ABŞ-da ümumdaxili məhsulun 80 faizi yeni texnologiyaların tətbiqi sayəsində də əldə olunur: "AMEA-da öncül istiqamətlər fizika və biologiya olmalıdır. Ola bilər ki, 21-ci əsrdə biologiyanın inkişafı fizikanı üstələsin, çünki bu sahəyə maliyyə ayrılır. Bu gün dünyada bioloqların nəticələri də möhtəşəmdir. Biz Fizika İnstitutuna nüvə fizikası üzrə direktor müavini ştatı vermişik. Tibdən biologiyaya qədər müxtəlif sahələrdə nüvə fizikası geniş yer tutur. İnnovativ istiqamətli elmi tədqiqatlar üstünlük təşkil etməlidir"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar