AMEA-nın iki institutuna yeni direktor təyin ediləcək
12.01.2017 949 0.0 0

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti bəzi elmi müəssisələrində direktor vəzifəsini tutmaq üçün seçkilər elan edib.

 

AMEA-dan APA-ya verilən xəbərə görə, seçkilər nəticəsində Humanitar Elmlər Bölməsi üzrə Folklor İnstitutu və İctimai Elmlər Bğlməsi üzrə İqtisadiyyat İnstitutuna yeni direktorlar təyin olunacaq.

 

AMEA-nın elmi müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından AMEA-nın Rəyasət Heyəti, müvafiq bölmənin bürosu, həmin bölmənin üzvləri və elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər. Namizədlərin irəli sürülməsinə dair müvafiq sənədlər (2 nüsxədə) elan dərc edildiyi gündən 1 (bir) ay müddətində AMEA-nın müvafiq elmi bölməsinə  təqdim edilməlidir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar