AMEA-dan yerə bu qədər yaxınlaşan ən böyük asteroid `Florence` haqda açıqlama
21.08.2017 665 0.0 0

Nəhəng asteroid Yer kürəsinin 7 milyon kilometr yaxınından keçəcək

Qazeta.info Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına əsasən bildirir ki, NASA astronomları böyük bir asteroidin sentyabrın 1-də dünyanın yaxınlığından təhlükəsiz keçid edəcəyini bildiriblər. “Florence” adlı asteroid Yer kürəsinin 7 milyon kilometr yaxınından ötüb keçəcək.

Bununla əlaqədar NASA öz vebsaytına asteroidin keçmə anını əks etdirən GIF təsvir verib. Bildirilib ki, “Florence” indiyə qədər Yer kürəsinə bu qədər yaxınlaşan ən böyük asteroid olacaq.

Qeyd edək ki, “Florence” asteroidi ilk dəfə 1981-ci ildə amerikalı astronom Schelte J.Bus tərəfindən kəşf edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar