Almatıda antiterror əməliyyatı keçirilir
06.01.2022 268 0.0 0

Qazaxıstanın hüquq-mühafizə orqanları talanların davam etdiyi Almatı şəhərində xüsusi antiterror əməliyyatı keçirir.

Bildirək ki, bu barədə şəhər komendantlığı məlumat yayıb.

“Şəhərdə asayişin bərqərar edilməsi məqsədilə xüsusi antiterror əməliyyatı başlayıb”, - məlumatda deyilir.

Komendatura həmçinin Almatı sakinlərini sakit olmağa və Konstitusiya quruluşunun yaradılmasında və ictimai təhlükəsizliyin yaradılmasında hüquq-mühafizə orqanlarına köməklik göstərməyə çağırıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar