Almaniya XİN rəhbəri: `Trampın dedikləri NATO-nu narahat edir`
16.01.2017 837 0.0 0

“Trampın NATO-nu köhnəlmiş qurum adlandırması alyansı narahat edir”.
 

“Spiegel” nəşrinə istinadən verilən məlumata görə, bunu Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer NATO baş katibi Yens Stoltenberqlə keçirdiyi görüşdən sonra bəyan edib.
 
O bildirib ki, Trampın fikirləri Brüsseldə narahatlıq və təəccüb doğurub. Nazirin fikrincə, ABŞ-ın yeni seçilmiş prezidentinin dedikləri başqa yerlərdə də eyni reaksiyaya səbəb olub.
 
NATO-nun özündə isə Trampın bu fikirlərini şərh etməyiblər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar