Alimlər ŞOKDA: 50 min əvvəl sosial şəbəkə olub
25.12.2021 545 0.0 0

Elm adamları insanların Afrikada 50 min il əvvəl sosial şəbəkə təcrübəsi yaşadığını sübut edib.

Qazeta.info Metbuat.az-ın məlumatına əsasən bildirir ki, arxeoloqların 1500-dən çox muncuq üzərinədə apardığı araşdırmaya görə, uzaq məsafədə yaşayan insanlar bu muncuqlarla hansısa formada əlaqə qurublar. Alimlər 10 ildir aparılan araşdırmalar nəticəsində bunu sübut etsə də, əlaqənin hansı formada qurulduğu hələlik məlum deyil. Bildirilir ki, üzərində bəzi işarələr olan muncuqlar 31 bölgədə, 3 min kilometr ərazidə tapılıb. 33 min və 50 min il əvvələ aid muncuqların demək olar ki, eyni olması alimlərin diqqətini çəkib. Elm adamı Miller deyib:
“Bu insanların bir-biri ilə əlaqə qurduğunu bilirik. 40-50 min il əvvəl yaşamış insanların uzaq məsafələrə yayılmış sosial şəbəkəyə məxsus olduğunu düşünmək insanı heyrətə gətirir. Daşlar arasında 20 min il fərq var. Onların uzaq məsafələrə çatması üçün insanlar hansısa vasitədən istifadə ediblər”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar