Alimlər 70 ildən sonra Yerə yaxınlaşacaq asteroid kəşf ediblər
09.01.2022 354 0.0 0

Alimlər 70 ildən sonra Yerə yaxınlaşacaq asteroid kəşf ediblər.

"Report" xəbər verir ki, bu barədə "Roskosmos" məlumat yayıb.

Rusiya Elmlər Akademiyasının Tətbiqi Riyaziyyat İnstitutunun alimləri 2095-ci ilin aprelində Yerə yaxınlaşacaq, çəkisi 18 min ton olan asteroid aşkarlayıblar.

Asteroidin diametri təxminən 24 metr, kütləsi isə təxminən 18 min tona yaxındır.

Hazırda Yerlə toqquşma ehtimalı 0,02% təşkil edir. Asteroidə "UL17" adı verilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar