Aleksandr Yemelyanenko Ramzan Kadırovun döyüş çağırışını qəbul edib
27.12.2019 635 0.0 0

Rusiyanın qarışıq döyüşçüsü Aleksandr Yemelyanenko Çeçenistan rəhbəri Ramzan Kadırovun rinqə çağırışını qəbul edib.

Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, Yemelyanenko "Istagram" hesabında Kadırovla döyüşə hazır olduğunu bildirib. O, qarşılaşma üçün vaxt və yer seçməyi çeçen liderin öhdəsinə buraxıb.

Qeyd edək ki, Ramzan Kadırov Aleksandr Yemelyanenkonu dekabrın 21-də döyüşə çağırıb. O, son zamanlar hamı kimi özünün də Yemelyanenko ilə rinqdə görüşmək arzusunu ifadə edib. Kadırov qarşılaşmadan qalib ayrılmaq niyyətini də ifadə edib. Yemelyanenko Kadırova məxsus "Axmat" döyüş klubunda məşq edib. Onun MMA qaydaları ilə son döyüşünü Qroznı promouşeni keçirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar