Aldığımız geyimin «etiket»ində bir insan hekayəsinin yazıldığından xəbəriniz vardı?-FOTOLAR
03.04.2015 877 0.0 0

Satın aldığımız qiyafətin yarlığında bir insan hekayəsinin yazıldığından xəbəriniz vardı? Banqladeşdə, Kamboçada və ya Sierra Leonede fəhlələrin hansı şərtlərlə, hansı şəraitdə çalışaraq o geyimi ortaya çıxardıqlarını etiketinə baxarak öyrənsəydik, necə olardı?

Kanada Ədalətli Ticarət Şəbəkəsi (The Canadian Fair Trade Network) insanın beynində şimşək kimi çaxan bir işə imza atıb. Bu silsilə afişada paltarların ürək ağrıdan istehsal hekayəsini izah edən yarlıqlar görürük.

“%100 pambıq. 9 yaşlı Behnli tərəfindən Kambocada istehsal edilib. Behni hər sabah 5:00-də qalxıb çalışdığı paltar fabrikinə doğru yola çıxır. İşə çatanda da, işdən çıxanda da hava qaranlıq olur. Əyninə nazik şeylər geyir, çünkü işlədiyi mühitdə temperatur 30 dərəcə olur. Sexdəki toz ağzına və burnuna dolur. Onu yavaş-yavaş boğan bir günün sonunda 1 dollardan az qazanır. Bir maska şirkətə 10 sentə başa gəldiyində satılır. Bu yarlıq hekayənin tam anlada bilməz...”

"%100 pambıq. Banqladeşdə 12 yaşlı Coya tərəfindən istehsal edilib. Atasız qız iki qardaşına və dul qalmış anasına baxa bilmək üçün məktəbi atıb. Atası çalışdığı pambıq fabrikində baş vermiş yanğında həlak olub. Coya indi atasının öldüğü fabrikin qarşısındakı binada işləyir. Hər gün aldığı risklər davamlı olaraq ona atasının yaşadığı faciəni xatırladır. Bu yarlıq bütün hekayəni anlada bilməz…”

 

 

“%100 pambıq. Sierra Leonedə Tejan tərəfindən istehsal edilib. Xəstədi, öksürərkən ağzından qan gəlir. O, bunu ailəsindən gizlətməyə cəhd edib, çünkü müalicəyə pulları yoxdu və uzun müddətli işini riskə ata bilməzdi. Bir gün isə halı o qədər pisləşir ki, həkimə müraciət etməyə məcbur qalır. Diaqnoz əkinçilik dərmanı zəhərlənməsi idi. Dərmandan yetərli qorumayan paltarlarla plantasiyada çalışması nəticəsində Tejan 34 yaşında leytimiya xəstəliyinə tutuldu. 2 bacısı var. Onlar da fabrikdə işləyirlər. Bu yarlıq bütün hekayəni sizə anlada bilməz..."

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar