Aktyor Hyu Cekman 6-cı dəfə xərçəng xəstəliyindən müalicə alıb
14.02.2017 808 0.0 0

Avstraliya aktyor Hyu Cekman 6-cı dəfə xərçəng xəstəliyindən müalicə alıb.

Məlumata görə, bu barədə aktyorun özü "Instagram" səhifəsində məlumat verib.

O, növbəti dəfə bazal hüceyrəli karsinomadan müalicə aldığını qeyd edib.

Aktyor tez-tez edilən müayinələr və möhtəşəm həkimlərin sayəsində hər şeyin yaxşı olduğunu vurğulayıb.

Qeyd edək ki, H.Cekman ilk dəfə dəri xərçəngi xəstəliyindən 2013-cü ilin noyabr ayında müalicə alıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar