«Akkord Beton»un rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
22.09.2016 491 0.0 0

"Akkord Beton" MMC-nin rəhbəri Uğur Babayevin ölkədən getmə hüququ məhdudlaşdırılıb.

 

Məlumata görə, bu barədə Vergilər Nazirliyinin açıqladığı məlumatda deyilir.

 

Bildirilir ki, "Akkord Beton" MMC vergi borcu olan vergi ödəyicilərin siyahısında yer alıb. Bu səbəbdən hüquqi şəxsin icra orqanının rəhbəri kimi U. Babayevin ölkədən getmə hüququ məhdudlaşdırılıb.

 

Vergi ödəyicisinin borcu açıqlanmayıb.

 

Qeyd edək ki, "Akkord Beton" MMC "Akkord" korporasiyasının törəmə müəssisəsidir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar