Akif Çovdarovun səhhətində yaranmış problemlə əlaqədar məhkəməyə arayış göndərilib
14.11.2016 637 0.0 0

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun səhhətində yaranmış problemlə əlaqədar Penitensiar Xidmətin istintaq Təcridxanasından məhkəməyə arayış göndərilib.

 

Məlumata görə, bu barədə A. Çovdarovun vəkili bildirib. Vəkil deyib ki, bu gün məhkəməsi davam edən təqsirləndirilən şəxslərdən Akif Çovdarovdan başqa digərləri məhkəməyə gətirilib. 


Proses 12:30-da keçiriləcək.

 

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarov məhkəməyə gətirilməyib. Vəkil bildirib ki, buna səbəb onun səhhətində yaranan problemdir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar