Akif Çovdarovun işində zərərçəkən şirkət rəhbərinin məhkəməsi davam etdirilib
18.11.2016 554 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Məlumata görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda İlham Qasımovun vəkili çıxış edərək, onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Proses noyabrın 25-də davam etdiriləcək.
 
Qeyd edək ki, prokuror təqsirləndirilən şəxsin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İ. Qasımov bu ilin iyun ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir. 

İ. Qasımov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun işində zərərçəkmiş kimi tanınır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar