Akif Çovdarovun işində ŞOK OLAY: zərərçəkmiş şəxs həbsxanada öldü
23.09.2016 482 0.0 0

 Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Baş Təhlükəsizlik İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri - Azər Quliyev saxlanıldığı cəzaçəkmə müəssisəsində ölüb. 
 
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tibb Baş İdarəsindən verilən məlumata görə, A. Quliyev avqustun 20-də saxlanıldığı müəssisədə vəfat edib. Onun bir neçə xəstəlikdən əziyyət çəkdiyi bildirilir. 
 
Qeyd edək ki, "Azərtikinti ATF" MMC-nin direktoru olan A. Quliyev bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar