Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan iş adamının məhkəməsi qapalı keçirilir
04.11.2016 630 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Qazeta.info APA-nın xəbərinə əsasən bildirir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə jurnalistlərin iştirakına şərait yaradılmayıb.

 

 

Prosesdə şahidlərin ifadə verdiyi bildirilir.

 

 

Qeyd edək ki, əvvəlki məhkəmə prosesləri media nümayəndələrinin iştirakı ilə keçirilib.

 

 

İ. Qasımov bu ilin iyun ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.

 

İ. Qasımov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar