Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş şəxs son söz üçün məhkəmədən vaxt istəyib
29.11.2016 528 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məlumata görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda təqsiləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil çıxış edib və ona bəraət hökmü çıxarılmasını istəyib.

 

İ. Qasımov səhhətində problem olduğunu deyərək, son söz üçün məhkəmədən vaxt istəyib.

 

Bildirilib ki, həkim İ. Qasımovun səhhəti ilə bağlı məhkəməyə tibbi arayış təqdim edib və onun məhkəməyə gəlmək imkanında olmadığı qeyd olunub.

 

 

Məhkəmə prosesi noyabrın 30-dək təxirə salınıb.

 

 

Qeyd edək ki, prokuror təqsirləndirilən şəxsin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İ. Qasımov bu ilin iyun ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir. İ. Qasımov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun işində zərərçəkmiş kimi tanınır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar