Aİ İranın nüvə proqramı ilə bağlı yeni görüş keçirməyə hazırdır
12.11.2019 438 0.0 0

Avropa İttifaqı (Aİ) İranın Fordoda uranın zənginləşdirilməsini bərpa etməsindən sonra Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) üzrə yeni görüş təşkil etməyə hazırdır.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Aİ Şurasının XİN rəhbərləri səviyyəsində keçirilən iclasından sonra mətbuat konfransında deyib.

F.Mogerini bildirib: "Biz BHFP üzrə birgə komissiyanın görüşünün keçirilməsinin vacibliyini dəyərləndiririk. Görüş yaxın günlərdə baş tuta bilər".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar