Ağsuda sələmçi qardaşları bıçaqlayan şəxslərə cinayət işi açılıb
05.03.2022 361 0.0 0

Ağsu rayonunda sələmçi qardaşlar - Zəka və Orxan Fazilzadəni bıçaqlayan şəxslərə cinayət işi açılıb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildiirlib ki, hadisəyə görə tutulan Amil Quliyev, Üzeyr Şirazlı, Fəxrəddin Bayraməlizadə və Alı Nəcəfliyə Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda ibtidai istintaq davam edir.

Qeyd edək ki, hadisə fevralın 10-da Ağsu şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Zəka və O.Fazilzadə qardaşları sələmə verdikləri pula görə A.Quliyev, Ü.Şirazlı, F.Bayraməlizadə, A.Nəcəfli ilə aralarına mühahisə yaranıb. Bu zaman A.Quliyev O.Fazilzadənin ayaq nahiyyəsinə 1 dəfə və F.Bayraməlizadə isə Z.Fazilzadənin bədəninin müxtəlif nahiyyələrinə 6 dəfə bıçaqla xəsarəti yetirib.

Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılar əməliyyat olunublar.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar