Ağsuda 4 nəfəri bıçaqlayan iki qardaş tutulub
23.11.2016 645 0.0 0

Ağsu rayonunda kütləvi dava zamanı 4 nəfəri bıçaqlayan şəxslərin kimliyi məlum olub. Məlumata görə, hadisə ötən axşam rayonun Rəhimli kəndində keçirilən mərasimdə qeydə alınıb.

 

Ağarx kənd sakinləri - 1984-cü il Vəliyev Mansur İrzaxan oğlu və qardaşı 1989-cu il təvəllüdlü Vəliyev Vəli İrzaxan oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Rəhimli kənd sakinləri - 1993-cü il təvəllüdlü Bəhramov Elvin Oqtay oğlunu, 1991-ci il təvəllüdlü Heybətov Elvin Şahvələd oğlunu, 1988-ci il təvəllüdlü Mikayılov İntiqam Abdul oğlunu və 1978-ci il təvəllüdlü Əliyev İsrafil Kiçikağa oğlunu bıçaqlayıb.

 

Hadisə yerindən qaçıb gizlənən qardaşlar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı tapılaraq istintaqa təhvil verilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar