Ağır yol qəzası-ölən var
10.06.2015 679 0.0 0

Qazeta.info Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Quba yolunda "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı yol ayırıcısına çırpılmışdır.

Nəticədə, minik avtomobilinin sürücüsü hadisə yerində vəfat etmişdir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə meyiti deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 07:30-da başa çatmışdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar