Ağır yol-nəqliyyat hadisəsi baş verib-ölən var
15.07.2015 816 0.0 0

Goranboy rayonunun Dəliməmmədli şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Qazeta.info Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, iyulun 14-də saat 23 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhərində, şəhər sakini Aslan İbrahimov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi Nadir Muradova məxsus “MAN” markalı avtomobilə vurmuşdur. Nəticədə A.İbrahimov və sərnişini, rayon sakini Yeganə İsmayılova xəstəxanaya yerləşdirilmiş və sürücü orada ölmüşdür. 
Goranboy  RPŞ tərəfindən araşdırma aparılır. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar