Ağır yol-nəqliyyat hadisəsi baş verib
18.07.2015 646 0.0 0

Şəki rayonu, Sarıca kəndində (rayon mərkəzindən 60 km aralı) ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qazeta.info Fövqaladə Hallar Nazirliyinə istinadla bildirir ki, Şəki rayonu, Sarıca kənd sakini 1958-ci il təvəllüdlü Balaağayev Saməddin Kamaləddin oğluna məxsus “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol qəza hadisəsi baş vermişdir. Qəza nəticəsində avtomobilin sürücüsü S.K.Balaağayev ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmişdir. Avtomobildə sıxılmış vəziyyətdə qalmış S.K.Balaağayevin cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:10-da başa çatmışdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar