Ağır qəzada bir ailənin 3 üzvü həlak olub -TAM SİYAHI
09.07.2019 711 0.0 0

Masallı rayonunda "KamAZ" markalı yük avtomobili ilə "Mercedes Vito" markalı mikroavtobusun toqquşması nəticəsində ölən nəfərdən sonuncu 2 nəfərin də adı məlum olub.

Qazeta.info “Report”un məlumata əsasən bildirir ki, bunlar 1996-cı il təvəllüdlü Məmmədov Gültac Ələkbər oğlu, 1995-ci il təvəllüdlü Məmmədova Aytac Ələkbər qızıdır.

Qəza nəticəsində ölən və yaralananların tam siyahısını təqdim edirik:

Ölənlər. 

1. Tağıyev Əlizahir Atalı oğlu - 2002-ci il 
2. Rzayev Əsgər Hikmət oğlu - 1983-cü il 
3. Rzayev Hikmət Əsgər oğlu - 2002-ci il 
4. Rzayev Azər Hikmət oğlu - 2008-ci il 
5. Rufullayev Ayxan Natiq oğlu - 2016-ci il 
6. Məmmədov Gültac Ələkbər oğlu - 1996-cı il
7.Məmmədova Aytac Ələkbər qızı - 1995-ci il 
8. Məmmədov Elgün Ələkbər oğlu - 1997-ci il

Yaralılar

1. Rzayeva Ruhiyyə Əkbər qızı - 1985-ci il 
2. Tağıyeva Miranə Atalı qızı - 1995-ci 

XXXXX

Masallıda yük maşını Mersedes "Vito" markalı mikroavtobusla toqquşub.

Qazeta.info “Report”un xəbərinə əsasən bildirir ki, hadisə nəticədə 8 nəfər ölüb. Bir nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 

Məlumat verilir ki, yaralı qadındır. Məlumata görə, ölənlərin isə 2-si qadın, 3-ü kişi və digər 3-ü məktəblidi. 

Hadisə zamanı xəsarət alan qadının 24 yaşı var. O, hazırda reanimasiyadadır.

Bildirilir ki, qəzaya düşənlər toya gedirlərmiş.  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar