Ağa Musa Nağıyevin qəbirüstü abidəsi bərpa olunub
16.12.2016 1265 0.0 0

Bakının Biləcəri qəsəbəsində dəfn edilən azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevin qəbirüstü abidəsində bərpa işləri aparılıb.
Binəqədi rayon İcra Hakimiyyətindən (RİH) bildirilib ki, qəbirüstü abidə rziyarət üçün açıq elan olunub. Bununla bağlı keçirilən tədbirdə çıxış edən RİH başçısının müavini Vüsar İsmayılov mərhum Ağa Musa Nağıyevin Azərbaycan üçün dəyərindən danışıb. O bildirib ki, xalqımız hər zaman öz millətinə, xalqına xidmət edən oğullarının yaşatmalı, onların faydalı əməllərini gənc nəsillərə təbliğ etməlidir.

Daha sonra çıxış edənlər abidənin abadlaşdırılmasında əməyi olan şəxslərə minnətdarlıqlarını bildiriblər.
 
Tədbirdə bəzi şəxslər Ağa Musa Nağıyev adına “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin təsis etdiyi Fəxri Fərmana layiq görülüblər.

Xatırladaq ki, Ağa Musa Nağıyev 1848-ci ildə Bakı quberniyasının Biləcəri kəndində anadan olub. 28 may küçəsindəki qoşa imarətlər, yenə həmin küçədə qırmızı kərpicdən tikilmiş əzəmətli bina, Nizami küçəsində Opera teatrının yanındakı yaşayış evi, Azərbaycan prospektində köhnə Mərkəzi poçt binası, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binası, Səməd Vurğun küçəsində Qış klubu (indiki Zabitlər evi), "Astoriya" və "Yeni Avropa" mehmanxanaları və sair bu kimi şəhərin gözəgəlimli binaları Ağa Musa Nağıyevin maliyyəsi ilə tikilib. Məşhur milyonçu 1919-cu ilin mart ayında vəfat edib, Biləcəri kəndində dəfn olunub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar