Ağ Evdən Suriyada Rusiya ilə hərbi əməkdaşlıq barədə açıqlama
21.09.2016 530 0.0 0

ABŞ Administrasiyası hesab edir ki, Suriyada dayanıqlı atəşkəs rejiminə nail olunmadığına görə Rusiya ilə hərbi əməkdaşlıq barədə saziş imzalamaq hələ tezdir.

 

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Ben Rods deyib.   

 

“Suriyada atəşkəs rejiminə dair saziş icra olunmalıdır ki, Rusiya ilə hərbi əməkdaşlığımız mümkün olsun”, - deyə Ben Rods bildirib.

 

Onun sözlərinə  görə, ABŞ Suriyada atəşkəs rejiminin tətbiq olunması və zorakılığın azaldılması prosesinə sadiqdir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar