Ağ evdə «Nəlbəki» rəqsi (VİDEO-FOTOLAR)
12.03.2015 796 0.0 0

Ağ Evdə Novruz bayramı münasibəti ilə tədbir keçirilib.  Türkiyə mətbuatına istinadla verilən məlumata görə, tədbir ABŞ prezidenti Barak Obamanaın həyat yoldaşı, birinci xanım Mişel Obamanın təşkilatçılığı ilə baş tutub. 

Mərasimdə Novruz bayramını qeyd edən ölkələrin nümayəndələri iştirak ediblər. Folklor qruplar yerli rəqsləri, adət ənənələri təqdim ediblər. Ağ evdə həmçinin Novruz şirniyyatları da təqdim edilib. 

M.Obama Novruz mərasiminə ev sahibliyi etməkdən məmnun olduğunu deyib. "Ağ Ev müxtəlif mədəniyyətləri əks etdirmək istəyir. Novruz da bunların bir hissəsidir". 

Birinci xanımın çıxışından sonra isə Azərbaycan musiqisi səslənib. Milli geyimli qızlar "Nəlbəki" rəqsini ifa ediblər. 

"Nəlbəki" Azərbaycanın milli rəqsidir. Bu rəqsi 2 cür melodiyayla ifa edirlər. Biri Bayatı-Şiraz ladı üzərində olan qədim Azərbaycan oyun havası "Nəlbəki", digəri isə Qılman Salahovun bəstəsidir./anspress/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar