Ağ Ev Tunis terrorunu pislədi
19.03.2015 685 0.0 0

Ağ Ev Tunisdə baş verən terror aktını pisləyən bu barədə xüsusi bəyanat yayıb. 

Məlumata görə, rəsmi Vaşinqton 22 nəfərin ölümü ilə nəticələnən teraktı qəti şəkildə pisləyərək hadisənin araşdırılmasını qeyd edib. Bu barədə Ağ Evin mətbuat katibi Coş Ernest bildirib. 

“Biz hücum edən şəxsləri, onların niyətlərinin nə olduğunu bilmirik. Həyata keçirilən bu mənfi hərəkət heç də Tunis xalqını qorxuda bilməz” – deyə Ağ Evin bəyanatında vurğulanır. 

Qeyd edək ki, ötən gün Tunisin paytaxtında Bardo muzeyində silahlı şəxslərin ziyarətçiləri hədəf aldığı hücum zamanı turistlər də daxil olmaqla, 22 nəfər öldürülüb. Silahlı şəxslərin kimliyi müəyyən edilməyib. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar