Ağ Ev milli təhlükəsizlik üzrə yeni strategiya hazırlayır - Koreya, Rusiya, İran təhlükəsi...
04.12.2017 763 0.0 0

ABŞ Prezidenti Administrasiyası yaxın həftələrdə milli təhlükəsizlik üzrə yeni strategiya təqdim edəcək.

Məlumata görə, strategiyada Rusiya, Çin, İran və Şimali Koreyaya qarşı müqavimətin zəruriliyi öz əksini tapacaq.

"Wall Street Journal" qəzeti yazır ki, yeni strategiyada Koreya Xalq Demokratik Respublikasının nüvə silahı, beynəlxalq terrorizm, İranın siyasəti, Çinin artan təsiri, "Rusiyanın Qərbə təcavüzü və təbliğat cəhdləri" ilə bağlı təhdidlər də nəzərə alınacaq.

Yeni strategiya ilə bağlı işlərin Herbert Makmasterin ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri təyin olunmasından sonra, mart ayından başlandığı bildirilir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar