Ağ Ev: `Tramp Rusiya ilə sövdələşmə əldə etməyə çalışacaq`
22.02.2017 569 0.0 0

Donald Tramp terrorla mübarizə və iqtisadi məsələlər üzrə Rusiya ilə sövdələşmə əldə etməyə çalışacaq. “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə ABŞ prezidentinin mətbuat katibi Şon Spayser bildirib.

 

“Tramp aydın şəkildə bildirdi ki,  ABŞ-ın son iki administrasiyasının Rusiya ilə əldə edə bilmədiyi sövdələşməyə nail ola biləcəyi təqdirdə o, bunu edəcək nail ola bilməsə - etməyəcək. Lakin o cəhd edəcək. Onun biznes  və danışıqlardakı uğurlarını müsbət əlamət kimi qəbul etmək lazımdır, düşünürəm ki o, bunu etməyə qadirdir”, - deyə Spayser qeyd edib.   

 

“Əgər biz İŞİD-i məğlubiyyətə uğratmaq, terrorla mübarizə, iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində ümumi mövqelər, maraqlar tapa bilsək, onda biz bunu edəcəyik. Bunun üzərində biz Rusiya ilə işimizi davam etdirəcəyik”, - deyə o əlavə edib.  

 

“Əgər bu ABŞ-ın maraqlarına uyğundursa -  Tramp sövdələşməyə nail olacaq”, - deyə mətbuat katibi qeyd edib./apa/ 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar