ADR-in sədr müavini müxalifət liderlərini tənqid edib
05.09.2017 761 0.0 0

 “Hazırkı durumun formalaşmasında müxalifət liderlərinin rolu az deyil. Müxalifət partiyalarının rəhbərliyində təmsil olunanlarla bağlı tənqidi fikirlərimi açıq bildirmişəm. Razı deyillərsə, arqumentlərini ortaya qoysunlar”.

Bunu açıqlamasında Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Səxavət Əlisoy deyib.

O, sosial şəbəkələrdə tənqid olunmasına münasibət bildirərkən bəzi müxalifət nümayəndələrinin qərəzli olduğunu deyib: “Hər kəs başındakı ağlın səviyyəsini yaxşı bilir. Bunu gizlətmək mümkün deyil. Daun sindromu elə bir şeydir ki, həmin xəstəliyin daşıyıcıları bir-birlərinə oxşayırlar”.

S.Əlisoy qeyd edib ki, tənqidi fikirlərinə ADR rəhbərliyi normal yanaşır: “ADR rəhbərliyi bu fikirlərimə hörmətlə yanaşır, bilirlər ki, özəl fikirlərimi hər zaman açıqlayıram. İndiyədək fikirlərimə görə, hətta Yeni Azərbaycan Partiyasının belə, tənqidinə rast gəlməmişəm. Çünki heç vaxt qərəzli mövqedən çıxış etməmişəm. Qubad İbadoğlu da indiyədək mənə narazılığını bildirməyib”.

Qeyd edək ki, 2014-cü ildə Müsavat Partiyasının başqanlığına sabiq namizəd Səxavət Əlisoy partiya Divanının qərarı ilə təşkilatdan xaric edilmişdi. Qərarda bildirilirdi ki, S.Əlisoy partiyanın ideoloji-siyasi xəttinə zidd addımlar atdığına görə partiya sıralarından xaric edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar