Tarix: 04.12.2016,   Saat: 10:01, Bazar.          

Adanada qızlar məktəbi yataqxanasının yanmasına görə 6 nəfər tutulub-VİDEO

Türkiyənin Adana vilayətinin Aladağ rayonunda yerləşən üçmərtəbəli qızların özəl internat məktəbinin yataqxanasında baş verən yanğınla bağlı 6 nəfər tutulub.

"Habertürk"ə istinadən bildirilir ki, Adana şəhərinin prokuroru Əli Yeldan bildirib.

Prokurorun sanksiyası ilə yataqxananın müdiri, 3 tərbiyəçi-müəllim və 2 xidmətçi həbs edilb.

Qeyd edək ki, ötən gecə baş verən yanğın nəticəsində 11 qız şagird və 1 müəllim ölüb, 22 nəfər isə xəsarət alıb. /report/

 



  Bölmə: Gündəm | Baxış sayı: 340 | Tarix: 30.11.2016, 16:13


Xəbərlər