Abşeronda kişi naməlum şəxsə telefonunu vermədiyinə görə bıçaqlanıb - VİDEO
30.11.2017 790 0.0 0

Abşeron rayonunun Mehdiabad qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Xəbərə görə, 1988-ci il təvəllüdlü Qəhrəmanov Elnur Füzuli oğlu yaşadığı evə daxil olmaq istəyərkən ona naməlum şəxs yaxınlaşaraq mobil telefonunu tələb edib.

E.Qəhrəmanov ona yox cavabı verdikdə, naməlum şəxs E.Qəhrəmanova 3 bıçaq zərbəsi vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Növbətçi cərrah Bəhram Zeynalovun "Report"a verdiyi məlumata görə, yaralı əməliyyat edilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır./Report/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar