Abşeronda avtomobil piyadanı vuraraq öldürüb
24.05.2017 600 0.0 0

Abşeronda yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 23-də saat 22.00 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsində hələlik müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Famil Kərimov vurulub və nəticədə piyada hadisə yerində ölüb.
 

Abşeron Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar