Abşeron rayon Polis İdarəsində yanğın - iki avtomobil yanıb
06.01.2017 1183 0.0 0

Abşeron rayon Polis İdarəsinin həyətində yanğın olub.

 

Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, idarənin həyətində dayanmış, “BMW” markalı Yol Patrul Xidməti avtomobili və polis əməkdaşlarından birinə məxsus “Mercedes” markalı maşın yanıb.

 

Həyata keçirilən tədbirlər nəticəsində yanğının polis idarəsinin inzibati binasına keçməsinin qarşısı alınıb.


Digər xəbərlər:
Şərhlər
avatar