ABŞ və Səudiyyənin gizli `Qüds planı` - MAHMUD ABBASI KİM TƏHDİD EDİB?
06.12.2017 1021 0.0 0

"Qüds İsrailin, Qüds yaxınlığındakı Əbu-Dis şəhəri isə Fələstinin paytaxtı olacaq". APA TV-nin məlumatına görə, "Jerusalem Post" qəzetində bu cümlənin qeyd olunduğu məqalə dərc olunub.

 
Belə bir təklifin ABŞ prezidentinin müşaviri və kürəkəni Cared Kuşnerin "Qüds məsələsi" ilə bağlı rəhbərlik etdiyi qrup tərəfindən verildiyi deyilir.


Daha öncə isə bu barədə oktyabr ayında Kuşnerin Ər-Riyada gizli səfəri zamanı vəliəhd Məhəmməd bin Salmanla razılıq əldə etdiyi iddia olunur.


Kuşnerdən sonra Mahmud Abbasla bir araya gələn bin Salman bu planı Fələstin liderinə təqdim edib. Plana görə, 1948-ci ildə baş verən müharibədən sonra indiki İsrail torpaqlarını tərk edən fələstinli mühacirlərin geriyə dönmə haqları ləğv edilir.


ABŞ-ın planına "hə" deyən Səudiyyə vəliəhdinin Ər-Riyadda Mahmud Abbası "ya planı qəbul et, ya da istefaya get" deyə təhdid etdiyi barədə xəbərlər mediaya sızıb.


Tramp isə Qüdsü İsrailin paytaxtı kimi tanıyacağını elan etməsindən sonra Mahmud Abbasla telefonla danışıb və onu ölkəsinin səfirliyinin Təl-Əvivdən Qüdsə köçürüləcəyi ilə bağlı məlumatlandırıb. Daha sonra Ağ Ev rəhbəri İordaniya kralı Abdullah və İsrail baş naziri Benyamin Netanyahu ilə də əlaqə saxlayıb.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar