ABŞ və Cənubi Koreya 230 təyyarənin iştirakı ilə ən böyük hərbi təlimlərə başlayır
04.12.2017 667 0.0 0

ABŞ və Cənubi Koreya KXDR-nin raket sınaqları fonunda tarixin ən böyük hərbi təlimlərinə başlayır.

RİA "Novosti"yə istinadən xəbər verilir ki, "Vigilant ACE" kod adı altında keçiriləcək təlimlərə təqribən 230 təyyarə, o cümlədən Amerikanın altı "F-22" gözəgörünməz qırıcıları cəlb olunacaq.

Cənubi Koreya Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərdə məqsəd Vaşinqton və Seul hərbi alyansının Şimali Koreya təxribatlarına qarşı iradə və bacarıqlarını nümayiş etdirməkdir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar