ABŞ və Aİ nümayəndələri `Taliban` təmsilçiləri ilə görüşüb
25.01.2022 246 0.0 0

“Taliban” hərəkatının nümayəndələri Norveçin paytaxtı Oslo şəhərində ABŞ və Avropa İttifaqına üzv dövlətlərin təmsilçiləri ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib.

“TRT Haber”ə istinadən xəbər verilir ki, bu barədə Əfqanıstandakı müvəqqəti “Taliban” hökuməti Xarici İşlər Nazirliyinin sözçüsü Abdul Kahhar Belhi KİV-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, müvəqqəti hökumətin xarici işlər naziri Əmirxan Müttəki Osloda ABŞ və Avropa İttifaqına üzv ölkələrin nümayəndələri ilə Əfqanıstandakı son vəziyyəti müzakirə edib.

Məlumata görə, görüşdə Əfqanıstandakı iqtisadi, humanitar, təhlükəsizlik, səhiyyə sahəsindəki vəziyyət və Mərkəzi Bankın fəaliyyətindən bəhs edilib.

Qeyd edək ki, Norveç Xarici İşlər Nazirliyi “Taliban” nümayəndələrinin yanvarln 23-25-də Osloya dəvət edildyi barədə açıqlama yaymışdı./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar