ABŞ Türkiyəni İŞİD-lə mübarizədə İraqın suverenliyinə hörmətlə yanaşmağa çağırıb
14.10.2016 627 0.0 0

ABŞ Türkiyə və İraqı gərginliyə yol verməməyə və ümumi düşmən - terrorçuluqla mübarizə aparmağa çağırıb.  
 

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner deyib. “Həmçinin, İraqın suverenliyinə hörmətlə yanaşılmalıdır”, - deyə Toner qeyd edib.
 
“Biz tərəfləri İŞİD-ə qarşı səyləri birləşdirməyə və gərginliyə yol verməməyə çağırırıq. Lakin, istənilən addımlar atılarkən İraqın suverenliyinə hörmətlə yanaşılmalıdır və əvvəlcədən rəsmi Bağdadın razılığı alınmalıdır”, - deyə ABŞ Dövlət Departamentinin nümayəndəsi Türkiyə ordusunun İraq ərazisində yerləşdirilməsinə münasibət bildirərkən qeyd edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar