ABŞ Suriyada atəşkəsə dair BMT Təhlükəsizlik Şurasının qətnaməsini dəstəkləyəcək
22.02.2018 725 0.0 0

ABŞ BMT-nin Təhlükəsizlik Şurasının Suriyada 30 günlük atəşkəsə dair qətnaməni  dəstəkləyəcək.

 

TASS agentliyinə istinadən verilən xəbərə görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib.

 

“Təhlükəsizlik Şurası atəşkəsə dair qətnaməni qəbul etməlidir. ABŞ Şuranın digər üzvləri kimi sənədi dəstəkləməlidir”, deyə N.Heyli bildirib.

 

Hazırda BMT Təhlükəsizlik Şurası Suriyada 30 günlük atəşkəs rejiminin tətbiqini nəzərdə tutan, Küveyt və İsveçin hazırladığı qətnamə layihəsini nəzərdən keçirir. İsveçin BMT-dəki daimi nümayəndəsi Ulof Skuqun sözlərinə görə, sənədə yaxın günlərdə baxılacaq. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar