ABŞ şou-biznesinin ulduzları Barak Obamanın vida şənliyində
07.01.2017 459 0.0 0

 Səlahiyyətlərinin icrası başa çatmaqda olan ABŞ prezidenti Barak Obama bu gün Ağ Evdə keçirilən vida şənliyinə şou-biznes ulduzları da dəvət edib.

Məlumata görə, bu barədə CNN telekanalının prodüseri Batsi Klyayn "Twitter" səhifəsində yazıb.

Prodüser bildirib ki, B.Obamanın prezident vəzifəsindən gedişi ilə əlaqədar Ağ Evdə təşkil edilən şənliyə müğənni Beyons və onun həyat yoldaşı, reper Jay-Z, məşhur amerikalı teleaparıcı Opra Uinfri, aktyorlar Samuel L.Cekson və Bredli Kuper, müğənni və bəstəkar Stivi Uander, Oskar qazanan aktrisa Merip Strip və başqaları dəvət edilib.

Xatırladaq ki, B.Obamanın səlahiyyətləri yanvarın 20-də başa çatır. Elə həmin gün yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasimi keçiriləcək./Report/

 


Загрузка...
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar