ABŞ silahları Ukraynada (FOTO)
25.03.2015 700 0.0 0

ABŞ-nin Ukraynaya bağışladığı 230 ədəd “Humvee” zirehli avtomobillərinin ilk partiyası Kiyevə çatdırılıb. 

Məlumata görə, bu haqda Ukrayna prezidenti Pyotr Poroşenkonun rəsmi saytı xəbər verib.

İlk partiyanı gətirən ABŞ hərbi nəqliyyat təyyarəsi Kiyevin “Borispol” hava limanına enib. Bu münasibətlə keçirilən rəsmi mərasimdə prezident Pyotr Poroşenko da iştirak edib.

Ukrayna lideri 10 zirehli avtomobilin gətirildiyini və qalan 220 “Humvee” in 45 gün ərzində Ukraynaya çatdırılacağını bildirib. Bu yardımlara görə Poroşenko ABŞ-a təşəkkür edib. Dövlət başçısı bildirib ki, müvafiq silahlar quraşdırıldıqdan sonra avtomobillər döyüş zonasında olan desant qoşunlarının sərəncamına veriləcək. 

ABŞ Ukraynaya hərbi yardımlarını davam etdirəcəyini vəd edib. /anspress/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar