ABŞ Səudiyyə Ərəbistanına 15 milyard dollarlıq silah satışını təsdiqləyib
07.10.2017 563 0.0 0

ABŞ Dövlət Departamenti raket əleyhinə THAAD sistemlərinin Səudiyyə Ərəbistanına satışına razılıq verib.

 

Qazeta.info APA-nın xəbərinə əsasən bildirir ki, bu barədə Dövlət Departamentin bəyanatında deyilir. Məlumata əsasən, müqavilənin məbləği 15 milyard təşkil edir.  

 

Bu ilin mayında Ər Riyadda ABŞ və Səudiyyə Ərəbistanı arasında ümumi dəyəri 110 mlrd. dollar olan  bir neçə hərbi kontrakt imzalanıb. Ağ Ev nümayəndələri müqavilələrin İranın təhdidləri qarşısında Səudiyyə Ərəbistanı və Fars körfəzi regionunda təhlükəsizliyinin təmin edilməsinə kömək olacağını bildiriblər. Səudiyyə Ərəbistanı hərbi xərclərin həcminə görə ABŞ və Çindən sonra üçüncü yerdədir. 

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz Əs Səudun 2018-ci ilin əvvəlində ABŞ-a rəsmi səfəri nəzərdə tutulub. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar