ABŞ səfirliyi Türkiyədə terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib
22.09.2016 608 0.0 0

ABŞ-ın Türkiyədəki səfirliyi Qaziantepdə terror aktının törədiləcəyi təhlükəsi ilə bağlı xəbərdarlıq edib. 
"RİA Novosti"yə istinadən xəbər verilir ki, Dövlət Departamenti ABŞ vətəndaşlarını Türkiyənin cənub-şərqinə səyahət etməkdən çəkinməyə çağırıb.
"Qaziantepdək terrorçu qrupların fəaliyyətinin araşdırılması nəticəsində məlum olub ki, onlar "Starbucks" və "Big Chef " kafe və restoranlar şəbəkəsini, eləcə də qərb dövlətlərindən olan turistlərin müştərisi olduqları başqa obyektləti hədəf seçiblər. ABŞ vətəndaşlarına Qaziantepdəki belə yerlərə gedərkən, ehtiyatlı olmağa və imkan daxilində həmin obyektlərə getməməyi məsləhət görürük",-deyə ABŞ-ın Türkiyədəki səfirliyinin yaydığı xəbərdarlıqda bildirilib.
Qeyd edək ki, bu ilin avqustunda Qaziantepdə törədilən terror nəticəsində 56 nəfər ölüb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmin hadisəni terrorçu İŞİD qruplaşmasının 14 yaşlı üzvünün törətdiyini bildirib.
Xatırladaq ki, Qaziantep əyaləti Türkiyənin cənub-şərqi Anadolu hissəsində, Suriya ilə sərhəddə yerləşir./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar