ABŞ səfiri: Trampın komandasında Cənubi Qafqaz barədə kifayət qədər məlumatlı ekspertlər var
09.11.2016 672 0.0 0

"Bu seçkilərdə dinc yolla hakimiyyətin ötürülməsinin şahidi olduq".
 
Məlumata görə, bunu ABŞ-da seçkinin nəticələrinə münasibət bildirən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
 
R. Sekuta bildirib ki, Hillari Klinton rəqibi Donald Trampı qələbə münasibətilə təbrik edib.
 
Diplomat demokratların prezidentliyə namizədi Hillari Klintondan fərqli olaraq, yeni prezident Donald Trampın Cənubi Qafqaz regionu barədə az məlumata malik olması barədə fikirlərlə razılaşmayıb: "Donald Trampın komandasında da Cənubi Qafqazla bağlı kifayət qədər məlumatı olan ekspertlər var"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar