ABŞ səfiri Əli Əhmədovla görüşdü
30.04.2015 837 0.0 0

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi, Azərbaycan baş nazirinin müavini Əli Əhmədov aprelin 30-da ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı partiyanın mənzil qərargahında qəbul edib. 

Məlumata görə, görüşdə Azərbaycanla Amerika arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, üst-üstə düşən maraqlar iki ölkələ arasında əlaqələrin bundan sonra da inkişafına töhfə verəcək./anspress/

Tanışlıq xarakteri daşıyan görüşdə Əli Əhmədov YAP-ın ölkənin ictimai- siyasi həyatında yeri və gələcək fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.

ABŞ səfirliyinin Twitter səhifəsindəı isə bildirilir ki, səfir Sekuta bu günlərdə görüşməyi planlaşdırdığı partiya liderlərindən ilk olaraq YAP-ın icra katibi Əli Əhmədovla görüşüb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar