ABŞ səfiri: `İŞİD-in uzun müddətdir Türkiyədə terror törətməməsi iki ölkənin əməkdaşlığının nəticəsidir`
11.10.2017 851 0.0 0

ABŞ-ın Türkiyədəki səfiri Con Bass Türkiyə vətəndaşlarına viza verilməsinin dayandırılması barədə qərarın ABŞ hökuməti səviyyəsində qəbul olunduğunu bəyan edib.

 

Türkiyənin“Hürriyet” qəzetinə istinadən verilən məlumata görə, C. Bass Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqədə təqsirli sayılaraq həbs edilən ABŞ-ın İstanbul Baş Konsulluğunun əməkdaşı Mətin Topuzun qanunsuz norkotik dövriyyəsinə qarşı mübarizə işinə məsul olduğunu və Türkiyədə bu sahədə çalışan hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlaqə saxladığını bildirib. Diplomat deyib ki, əgər M. Topuz vəzifə səlahiyyətlərini aşaraq başqa şəxslərlə əlaqə qurubsa, bu məlumatlarla tanışlıqdan məmnun olar.

 

İstanbul Baş Konsulluğunun FETÖ ilə əlaqədə təqsirli sayılan başqa bir əməkdaşının konsulluqda gizlənməsi barədə xəbəri təkzib edən C. Bass ABŞ-ın müstəqil Kürdüstan dövlətinin qurulmasını, kürd koridorunu dəstəkləmədiyini də vurğulayıb. O, “İncirlik” hərbi bazasındakı ABŞ əsgərlərinin viza problemindən əziyyət çəkməyəcəklərini, bazadakı amerikalı əsgərlərin qüvvədə olan müqavilələrə uyğun olaraq Türkiyədə olduqlarını və səfərlərinin də bu müqavilələrlə tənzimləndiyini nəzərə çatdırıb. 

 

C. Bass 9 aydan çoxdur ki, İŞİD terror təşkilatının Türkiyədə terror aktları törətməməsini də qabardıb: “Bu, İŞİD-in terror aktları törətməkdən vaz keçməsi ilə bağlı deyil, iki ölkənin əməkdaşlığının nəticəsidir”.

 

Bu həftə səlahiyyət müddəti başa çatdığı üçün Türkiyəni tərk edəcəyini açıqlayan C. Bass Fətullah Gülənin ekstradisiyasının məhkəmə qərarı ilə mümkün ola biləcəyini söyləyib.

 

Qeyd edək ki, oktyabrın 8-də ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Mətin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib. Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar